Krakov-2023: Lunyov mükafat qazana bilmədi - FOTO - YENİLƏNİB
30.06.2023 - 15:43
Krakov-2023: Lunyov mükafat qazana bilmədi - FOTO  - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün tapança ilə 25 m məsafədən atəş açan kişi snayperlər dəqiqliyini yoxlayır. 

Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışda çıxışını başa vurub. Təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayan atıcımız 6-cı yeri tutub.

O, final mərhələsinə yüksələn 8 snayper arasında qərarlaşıb. Bu raund iki hissədən ibarət olub.

Snayperlər öncə iki “dördlük”də yarışaraq mükafatlar uğrunda mübarizə aparanları müəyyənləşdirib. Lunyov ikinci “dördlük”də 9 xal toplayaraq sonuncu olub və medal şansını itirib.

Qeyd edək ki, yarışın mükafatçıları bu gün bəlli olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0