Lionel Messi məşqlərə başlayıb
30.08.2024 - 14:19
Lionel Messi məşqlərə başlayıb

Amerika təmsilçilərindən “İnter Mayami”nin futbolçusu Lionel Messi məşqlərə başlayıb.

Apasport.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı hücumçu sonuncu dəfə iyulun 15-də Argentina yığması ilə Amerika Kubokunda Kolumbiya ilə final oyununda meydana çıxıb (1:0).

Messi MLS-də sentyabrın 1-də “Çikaqo Fayr”la oyunda iştirak edə bilər.

writer photo
Əlirza Əlirzalı
0