"Qarabağ" mobil tətbiqini istifadəyə verib
12.08.2024 - 20:18
"Qarabağ" mobil tətbiqini istifadəyə verib

"Qarabağ" azarkeşlər üçün yeni tətbiq istifadəyə verib.

Apasport.az xəbər verir ki, tətbiq İsveçrənin “Blocksport” şirkəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.

Bu addım azarkeşlərin klubla əlaqələrinə yeni təcrübə gətirəcək. Yeni tətbiq "Qarabağ"sevərlərin virtual şəkildə bir araya gəlməsini, fançatlarda müzakirələr aparmasını, klub haqqında yenilikləri rahat şəkildə əldə etməsini, klubla bağlı özəl məzmun yaratmasını təmin edəcək. 

Azarkeşlər sosial şəbəkə hesablarını birarada izləmək, oyun proqnozları vermək kimi yeni imkanlar qazanacaq. Bu ekosistem azarkeşlərə xüsusi sorğular və səsvermələr keçirməsinə də töhfə verəcək.

Qeyd edək ki, tətbiqi iki - Azərbaycan və ingilis dillərində istifadə etmək mümkündür.

writer photo
Əlirza Əlirzalı
0