"Qarabağ"ın rəqibi futbolçu ilə müqaviləni uzatdı
22.01.2024 - 17:18
"Qarabağ"ın rəqibi futbolçu ilə müqaviləni uzatdı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Braqa" futbolçusu ilə müqaviləsini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisinin sözləşməsi 2028-ci ilin yayına kimi davam edəcək.

"Qırmızılar" Fransisko Çissumbanı 2019-cu ilin iyununda "Palmeyras" akademiyasından transfer edib.

Qeyd edək ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də Portuqaliyada baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0