"Beşiktaş" 4 futbolçusu ilə müqavilə yenilədi
26.04.2024 - 17:42
"Beşiktaş" 2022-23 mövsümündə "Adana Dəmirspor"dan 1,5 milyon avroya transfer olunan Tayyib Talha Sanuçla müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, "qara-ağlar" 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
2023-cü ilin aprelində çarpaz bağları qopan Tayyip Talha Sanuç 7 ay formasından uzaq qalıb.
Qeyd edək ki, "qartallar" gənc futbolçuları Serkan Emrecan Terzi, Göktuğ Baytekin və Yakup Arda Kılıçla da yeni sözləşmə imzalayıb.
0
0