Alkantara üçün mövsüm bitdi
03.05.2023 - 16:35
Alkantara üçün mövsüm bitdi

“Liverpul”un futbolçusu Tiaqo Alkantaranın son durumuna aydınlıq gəlib.

Apasport.az saytı xəbər verir ki, ombasında zədə alan ispaniyalı futbolçu əməliyyat olunub.

Mövsümün qalan 5 matçında iştirak edə bilməyəcək 32 yaşlı yarımmüdafiəçi gələn aydan reabilitasiya kurslarına başlayacaq. Onun iyulun 8-də komandaya qoşulması gözlənilir.

Qeyd edək ki, bu mövsüm 28 görüşdə iştirak edən Alkantara 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0