Benzemadan yeni rekord
13.12.2023 - 10:16
Benzemadan yeni rekord

Kərim Benzema klublararası dünya çempionatının tarixinə düşüb.

Apasport.az xəbər verir ki, fransalı hücumçu 4 turnirdə qol vuran ilk futbolçu olub.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda forma geyinən Benzema 1-ci mərhələnin “Oklend Siti” ilə matçında (3:0) qarşılaşmasında rəqib qapısına yol tapıb. Bu turnir Kərimin karyerasında 6-cıdır.

Fransalı bunadək yalnız “Real”la çempionata qatılıb. O, qatıldığı əvvəlki 5 turnirin hamısında çempion titulunu qazanıb.

Qeyd edək ki, Kərim 2014, 2016, 2017, 2018 və 2022-ci illərdə klublarası dünya çempionu olub.
 

writer photo
Əlirza Əlirzalı
0