Mbappe karyerasının ən pis anını açıqladı
11.09.2022 - 15:26
Mbappe karyerasının ən pis anını açıqladı

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappenin karyerasının ən pis anı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu hücumçunun özü açıqlayıb.

O bildirib ki,  Çempionlar Liqasının 2020-ci ildə keçirilən final oyununda “Bavariya”dan alınan məğlubiyyəti unuda bilmir: “Karyeramın ən pis anı Çempionlar Liqasının finalındakı məğlubiyyət olub. Oyun bitir, siz medalları alırsız və kuboku görürsüz. Amma başa düşürsüz ki, bu sizin üçün deyil. Qəribə hissdir, amma həyat belədir. Düzünü deyim ki, həmin an ağlamaq istəyirdim. Sadəcə ağlamaq, tək qalmaq. Amma bu mənim hekayəmin bir hissəsi idi. Siz daha yaxşı olmalısız ki, qalib gəlmək üçün yenidən ora qayıdasız”.

Qeyd edək ki, PSJ finalda “Bavariya”ya 0:1 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0