“Real”ın üzvü “Siti”nin hədəfində
10.03.2025 - 23:55
“Real”ın üzvü “Siti”nin hədəfində

İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Siti" yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda "Real Madrid" forması geyinən yarımmüdafiəçi Eduardo Kamavinqa ilə yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 22 yaşlı oyunçunu bəyənir və komandasında görməyi arzulayır. 

Xatırladaq ki, Fransa millisinin üzvü "Real"a 2021-ci ildə "Renn"dən 31 milyon avro qarşılığında transfer olmuşdu.

Qeyd edək ki, futbolçu bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol, 2 assistlə yadda qalıb. Kamavinqanın İspaniya təmsilçisi ilə müqaviləsi 2029-cu ildə başa çatacaq.