“Tenerife”nin futbolçusu meydanda aldığı zədədən sonra vəfat etdi - VİDEO
03.11.2026 - 13:48
“Tenerife”nin futbolçusu meydanda aldığı zədədən sonra vəfat etdi - VİDEO

İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, futbolçu “Andorra” ilə keçirilən qarşılaşmada rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub.

Hadisə zamanı qapıçının dizi de Migelin sinə nahiyəsinə dəyib. Nəticədə hücumçu huşunu itirib və ürəyi dayanıb.

Təcili xəstəxanaya çatdırılan futbolçunun vəziyyətini həkimlər əvvəlcə stabilləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sequndanın XII turunda keçirilən “Tenerife” – “Andorra” matçı 2:2 hesabı ilə davam edərkən yarımçıq dayandırılıb. Xesus Ovono isə qırmızı vərəqə alıb.