A Seriyası klubunda yeni təyinat - RƏSMİ
03.11.2026 - 09:52
Kosta Runyaiçlə yollarını ayıran “Udineze”nin yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu vəzifəyə Paolo Zanetti təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə anlaşma mövsümün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Zanetti daha əvvəl “Verona”, “Empoli”, “Venetsiya”, “Askoli” kimi komandalara rəhbərlik edib.
Qeyd edək ki, “Udineze” A Seriyasında 10 turdan sonra 5 xalla 20 komanda arasında 19-cu sıradadır.
0
0