“Neftçi”dən əsrin rekordu
03.11.2026 - 10:44
“Neftçi”dən əsrin rekordu

Misli Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurub.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu nəticə ilə XXI əsrin rekorduna imza atıb.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bakı klubu mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurmağı sonuncu dəfə 2000-ci ildə bacarıb. Belə ki, paytaxt təmsilçisi 2000/01 mövsümünün müvafiq mərhələsində rəqib qapılarından 28 top keçirib.

Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan “Neftçi” bundan əvvəlki 24 mövsümün heç birində çempionatın ilk 10 turunda orta hesabla 2,50 qol məhsuldarlığına nail ola bilməyib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatı tarixinin ən yüksək göstəricisi də “Neftçi”yə məxsusdur. Bakı təmsilçisi 1996/97 mövsümünün startında keçirdiyi ilk 10 oyunda 42 qol vurub.