"Turan" Bolqarıstan klubuna qarşı - YENİLƏNİR
03.11.2026 - 11:37
"Turan" Bolqarıstan klubuna qarşı - YENİLƏNİR

Qadın voleybolçulardan ibarət “Turan” komandası  bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.

Qeyd edək ki, “Turan” 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını üstələyib –  3:0, 3:2.