Ciu-citsu üzrə açıq Bakı birinciliyinin açılış mərasimi keçirilib - VİDEO
02.06.2024 - 21:32
![Ciu-citsu üzrə açıq Bakı birinciliyinin açılış mərasimi keçirilib - VİDEO](https://apasport.az/storage/news/2024/june/02/big/665cad2555f85665cad2555f861717349669665cad2555f83665cad2555f84.jpg)
Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının Bakı şəhər baş idman idarəsinin təşəbbüsü ilə yeniyetmə və böyüklər arasında ciu-citsu üzrə açıq Bakı birinciliyinin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, yarışda əvvəlcə Respublikanın Dövlət Himni səsləndirilib. Medal uğrunda mübarizəyə Bakı ilə yanaşı müxtəlif bölgələrdən 150-ə yaxın idmançı qatılıb.
Yarışın sonunda qaliblər diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, sözügedən yarış noyabr ayında baş tutacaq Azərbaycan çempionatına hazırlıq işləri çərçivəsində təşkil edilib.
0
0