Lukas Afriko: “Qarabağ” qarşılaşacağımız ən çətin komandadır” - MÜSAHİBƏ
24.11.2023 - 18:33
Lukas Afriko: “Qarabağ” qarşılaşacağımız ən çətin komandadır” - MÜSAHİBƏ

“Qəbələ”nin müdafiəçisi Lukas Afrikonun apasport.az saytına müsahibəsi

- Milli komandaların oyunlarına görə çempionatda fasilə yaranmışdı. Bu fasilədən necə istifadə etdiniz? Braziliyaya yollanmışdız, yoxsa Bakıda idiz?
- Çempionatda yaranmış bu fasilədən istifadə edərək əlavə məşqləri daha intensiv şəkildə yerinə yetirdim. Növbəti oyunlara daha çox hazırlaşdım, ki, “Qəbələ”nin və bütün komanda yoldaşlarımın bu vəziyyətdən çıxmasına kömək edim. Yox, heç yerə getməmişdim, Bakıda qalmışdım, məşqlərimi yerinə yetirdim.

- Yəqin ki, Azərbaycan millisinin oyunlarına baxdız? İsveç və Belçika ilə oyunları izlədiz? Həmin matçlar haqda fikriniz necədir?
- Təəssüf ki, Azərbaycan millisinin son oyunlarını izləyə bilmədim. Ona görə də ətraflı nəsə demək mənim üçün çətindir. Amma inanıram ki, Avropa çempionatlarının seçmə mərhələlərində oynamaq təcrübəsi oyunçulara xüsusi perspektiv və təcrübə qazandırır, bu da öz növbəsində hər zaman futbolçunun özünə, komandaya kömək edir. Azərbaycan millisində yaxşı futbolçular oynayır.

- “Qəbələ” 13 turdan sonra sonuncu pillədə qərarlaşıb. Komandanın uğursuz nəticəsini nə ilə əlaqələndirirsiz? 
- Komandanın pis nəticələrini yalnız bir şeylə əlaqələndirə bilərsiz: uduzanda hamı uduzur, qazananda isə hamı birlikdə qalib gəlir. Gələn şənbə günü daha da birləşmək, daxili güc qurmaq və bunu açara çevirmək vaxtıdır. Qarşıda bizi çox oyun gözləyir, çempionat uzun marafondur və turnir cədvəlində yüksəlmək imkanımız var. 

- “Qəbələ” ötən mövsüm ölkə kubokunun qalibi olub. Amma indi turnir cədvəlində sonuncu pillədədir. “Qəbələ” necə geridönüş edəcək?
- Edə biləcəyimizə inanmaq, güclü zehniyyətə sahib olmaq, yenidən qalib gəlməkdir. Bunu da bacaracağımızı görürəm.

- “Qəbələ” növbəti turda “Turan Tovuz”la qarşılaşacaq. Sizcə, bu oyunda “Turan Tovuz”a qalib gələ biləcəksiniz?
- Çətin oyun olacağını, yaxşı komanda ilə qarşılaşacağımızı bilirik. Amma evdə oynayacağıq və son vaxtlar müsbət nəticələr olmasa da, evdə oynamağa gücümüz var. Qəbələdə bütün atmosfer bizim xeyrimizədir. Qalib gəlmək üçün maksimum güclə gedəcəyik.

- Azərbaycan çempionatı haqqında nə düşünürsüz? Hansı komandaya qarşı oynamaq daha çətindir?
- Düşünürəm ki, Azərbaycan Premyer Liqası hər il böyümək potensialı olan yaxşı çempionatdır. “Qarabağ” qarşılaşacağımız ən çətin komandadır. Məncə, bu mövsümdə də çempionluğa iddialı onlardır.

writer photo
Əlirza Əlirzalı
0