Luis Felipe “Əl-İttihad”a keçdi
07.09.2023 - 20:06
Luis Felipe “Əl-İttihad”a keçdi

“Əl-İttihad” daha bir futbolçu ilə heyətini gücləndirib.

Apasport.az saytı xəbər verir ki, Lius Felipe karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

27 yaşlı futbolçu “Betis”dən transfer olunub. “Əl-İttihad” bu keçid üçün 25 milyon avro ödəyəcək. İtaliyalı müdafiəçi ilə bağlanacaq müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Felipe 2022/23 mövsümündə “Betis”in heyətində 29 oyunda meydana çıxıb.  
 

writer photo
Əlirza Əlirzalı
0