90 milyona satılmayan futbolçu ilə yeni müqavilə
01.09.2022 - 23:37
90 milyona satılmayan futbolçu ilə yeni müqavilə

“Çelsi”nin maraq dairəsində olan Yoşko Qvardiol “Leypsiq”lə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi 2027-ci ilədək Almaniya klubunda çıxış edəcək.

Yeni müqavilədə sərbəstqalma məbləği yer almayıb. Bu isə o deməkdir ki, Qvardiol yalnız Bundesliqa təmsilçisinin istədiyi qiymətə transfer oluna bilər. 20 yaşlı müdafiəçinin maaşı da ciddi şəkildə artırılıb.

Qeyd edək ki, Yoşkonu bu yay heyətinə qatmaq istəyən “Çelsi” onun üçün 90 milyon avro təklif etmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0