"Nyukasl" və PSJ azarkeşləri arasında qarşıdurma
28.11.2023 - 16:53
"Nyukasl" və PSJ azarkeşləri arasında qarşıdurma

Çempionlar Liqasında mübarizə aparan “Nyukasl" və PSJ-nin azarkeşləri arasında qarşıdurma yaşanıb.

Apasport.az xəbər verir ki, hadisə Parisdəki restoranların birində yaşanıb.

Fransalı fanatlar qonaqlara hücum çəkiblər. "Nyukasl" azarkeşlərinin təhlükəsizliyini təmin etmək üçün polis bar və restoranı tez bağlayıb.

Qeyd edək ki, PSJ və “Nyukasl” arasında V turun görüşü bu gün keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0