At vuran PSJ-nin qapıçısı komadan ayılmır
13.06.2023 - 10:39
PSJ-nin qapıçısı Serxio Rikonun durumu açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, həkimlər 29 yaşlı qapıçıya beyin qanaması diaqnozu qoyublar.
Mayda ölkəsinə gedən ispaniyalı futbolçunun boynundan at vurub. Hadisədən sonra Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilən qolkiper koma vəziyyətindədir. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən Rikonun vəziyyəti mütəxəssis qrupu tərəfindən diqqətlə izlənilir.
Qeyd edək ki, 2022-ci ildən Fransa klubuna transfer olunan Serxio son mövsümdə meydana çıxmayıb.
0
0