Taşkın İlter Azərbaycan klublarına təklif olundu
10.06.2023 - 12:35
Taşkın İlter Azərbaycan klublarına təklif olundu

Azərbaycan millisinin sabiq futbolçusu Taşkın İlter Misli Premyer Liqasının klublarına təklif olunub.

Apasport.az saytının məlumatına görə, “Eyüpspor”un 29 yaşlı yarımmüdafiəçisi karyerasını ölkəmizdə davam etdirmək istəyir.

O, yenidən Azərbaycan millisinə də çağırıla bilər. İlter yığmaya qayıtmağa razılıq verib.

İlter komandası pley-off görüşlərində uduzaraq Superliqa uğrunda mübarizədən kənar qalıb. Bu üzdən klubdan ayrılmaq niyyətində olan futbolçu Azərbaycan çempionatının iddialı klublarına keçmək fikrindədir.

Qeyd edək ki, U-21 yığmamızın sabiq üzvü olan Taşkın əsas millidə 1 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0