“Atalanta”nın hücumçusu “Nitsa”ya keçdi
26.07.2023 - 15:27
“Atalanta”nın hücumçusu “Nitsa”ya keçdi

“Atalanta”nın hücumçusu Jeremi Boqanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, forvard karyerasını Fransada davam etdirəcək.

Jeremi “Nitsa”ya keçib. Liqa1 təmsilçisi futbolçu ilə müqavilə bağlandığını açıqlasa da, anlaşmanın müddətini göstərməyib.

Qeyd edək ki, Boqa ötən mövsümün 25 matçında 2 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0