Modriç daha bir il “Real”da
27.06.2023 - 00:14
Modriç daha bir il “Real”da

Xorvatiyalı futbolçu Luka Modriç “Real”la yeni müqavilə imzalayıb.

Apasport.az-ın məlumatına görə, razılaşma bir illik nəzərdə tutulub.

Təcrübəli yarımmüdafiəçi Səudiyyə Ərəbistanından sərfəli təklif alsa da, o, Avropada qalmağa qərar verib. 11 ildir Madrid klubunda çıxış edən Modriç burada 23 titul qazanıb.

Qeyd edək ki, klubla futbolçu arasındakı müqavilə iyunun 30-da başa çatırdı. 
 

writer photo
Əlirza Əlirzalı
0