Minifutbol üzrə Azərbaycan millisi Fransaya qarşı
04.06.2024 - 10:09
Minifutbol üzrə Azərbaycan millisi Fransaya qarşı

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, qrup mərhələsinin üçüncü turunda milli komandamız Fransa ilə qarşılaşacaq.

Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Elşad Quliyevin yetirmələri İtaliyanı 2:1, Belçikanı isə 3:0 məğlub edərək qrupda lider olub. 

Millimizin bugünkü rəqibi 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü, Belçika 1 xalla sonuncu pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0