Moldova – Azərbaycan matçına proqnoz açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti İvan Belentsov sabah keçiriləcək yoldaşlıq oyununa mərc edib.
Mütəxəssis səfərdə oynayan Canni de Byazinin yetirmələrini daha şanslı sayır:
Bukmekerlər Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq matçda qonaqları qalib gəlməyə daha şanslı hesab edir. Amma Moldova da asanlıqla təslim olan komanda deyil.
Meydan sahibləri DÇ-2022-nin seçmə mərhələsində çox zəif futbol nümayiş etdirirdi. Moldova 10 görüşdə cəmi 1 xal topladı.
Millətlər Liqasında da uğursuz çıxış edən komanda D divizionunda qaldı. Bu komanda gücü ilə seçilmir. Elə biz də növbəti dəfə buna şahid olacağıq.
Azərbaycan yığması da DÇ-2022-nin seçmə mərhələsində heç nə ilə təəccübləndirə bilmədi. Komanda qrupda sonuncu oldu.
Amma Millətlər Liqasında azərbaycanlılar çıxış etdikləri C divizionunda heç də pis futbol göstərmir. Qarşıdakı matçda da qonaqlar qələbə qazana bilər.
Proqnozum: X2 və Y/Q