Premyer Liqada XXIII turun oyunlarının təyinatları açıqlandı
16.02.2024 - 15:37
Premyer Liqada XXIII turun oyunlarının təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarının təyinatları açıqlanıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, turun görüşləri şənbə və bazar günləri baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXIII tur

17 fevral

16:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”

18:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASCO Arena”

18 fevral

15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena”

Qeyd edək ki, “Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, Peşəkar Futbol Liqasının Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq, “Qarabağ”ın Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə XXIII turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb. Matçın tarixi ilə bağlı əlavə məlumat veriləcək. 

writer photo
Əlirza Əlirzalı
0