“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Sabah" iyulun 25-də səfərdə "Makkabi"yə qarşı oynayacaq. Avqustun 1-də keçiriləcək “Sabah”–“Makkabi” oyunu isə saat 20:00-da başlayacaq.
- Raul Qarsiya rekordun astanasında
- Tennisçilərimiz Avropa çempionatında növbəti mərhələyə yüksəliblər
- Taekvondoçularımız Albaniyada 14 medal qazanıblar
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- "Turan Tovuz" son dəqiqə qolu ilə qələbə qazandı - YENİLƏNİB