Albaniyanın "Eqnatiya" klubunun idman direktoru Kleydi Zelenay apasport.az saytına açıqlama verib.
O, komandanın azərbaycanlı futbolçusu Zamiq Əliyev haqda danışıb: "Zamiq Əliyevin transferi çox yaxşı alındı. Kollektivə çox yaxşı və tez bir zamanda öyrəşdi. Performansı da yüksəkdir, həqiqətən səviyyəsi də yüksəkdir. Meydançada çox yaxşı mübarizə aparır. Əbəs yerə Əliyev bizim əsas heyət üzvümüz deyil. Ona çox inanırıq. Həqiqətən də Zamiq özünü çox yaxşı göstərir. Belə ola biləcəyini də ehtimal edirdik. Bu transferin uğurlu olmasına görə çox şadıq".
Albaniyalı mütəxəssis azərbaycanlı futbolçunu bu mövsüm daha güclü klublardan birinə satmaq barədə də fikirlərini bildirib:"Eqnatiya"nın Əliyevi hansısa güclü kluba satması? Təbii ki, bu da mümkündür. Gələcəkdə onu hansısa kluba satmaq ola bilər. Hər şey mümkündür".
Qeyd edək ki, Zamiq Əliyev bu yay Albaniya çempionu ilə 3 illik müqavilə imzalayıb.