Bankero ABŞ yığmasını seçdi
24.06.2023 - 23:22
Bankero ABŞ yığmasını seçdi

NBA klubu “Orlando”nun üzvü Paolo Bankero çıxış edəcəyi yığma komandanı seçib.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı basketbolçu ABŞ yığmasının şərəfini qoruyacaq.

O, bir neçə ay sonra start götürəcək dünya çempionatında komandının heyətinə cəlb olunacaq.
Bankero Sietldə italiyalı ailəsində dünyaya göz açıb və onun İtaliya vətəndaşlığı var. Gənc hücumçu hər iki millidə oynamaq arzusunu dilə gətirsə də, sonda ABŞ komandasını seçib.

Qeyd edək ki, Paolo NBA-da mövsümün ən yaxşı debütant basketbolçusu olub.
 

writer photo
Əlirza Əlirzalı
0