“Aris”in sahibi: “Neftçi” üzərində qələbə əsl bayramdır”
27.07.2022 - 13:41
“Aris”in sahibi: “Neftçi” üzərində qələbə əsl bayramdır”

“Konfrans Liqasında “Neftçi” üzərində qələbə əsl bayramdır”.

Apasport.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun prezidenti və sahibi Vladimir Fyodorov deyib.

O, Konfrans Liqasının “Neftçi” ilə görüşünə təsadüf edən komandasının avrokuboklardakı debütü barədə fikirlərini açıqlayıb: “Bu qələbə bizim düzgün yol seçdiyimizi göstərir. Amma reallıqda bu qələbə sadəcə olaraq irəli doğru addımdır. Biz Avropa arenasında sabit bir klub olmaq istəyirik”.

Qeyd edək ki, “Aris” iyulun 21-də Kiprdə keçirilən görüşdə 2:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0