“Milan”ın qapıçısına İngiltərədən elçi
06.12.2023 - 17:48
“Milan” qapıçısı Mayk Menyanla yeni müqavilə bağlamağa qərar verib.
Apasport.az xəbər verir ki, qolkper bu təkliflə razılaşmaq fikrində deyil.
O, yeni müqavilə ilə mövsümdə 8 milyon avrodan çox maaş tələb edir. Bu, İtaliya klubunun təklif edə biləcəyindən çoxdur.
Maykın xidmətində “Mançester Yunayted” maraqlıdır. İngiltərə klubu onu qışda heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 28 yaşlı qapıçı 2021-ci ildən İtaliya komandasının formasını geyinir.
0
0