“Yuventus”un hədəfində 7 futbolçu var
11.10.2023 - 00:49
“Yuventus”un hədəfində 7 futbolçu var

Qışda “Yuventus”u gücləndirə biləcək futbolçuları adları bəlli olub.

Apasport.az saytı xəbər verir ki, siyahıda yeddi oyunçu var. 

Klubun əsas transfer hədəfi “Tottenhem”də çıxış edən Hyer-Emil Hoybyerq olacaq. Bundan başqa, Domeniko Berardi (“Sassuolo”), Lazar Samarciç (“Udineze”), Yusuf Fofana (“Monako”), Manu Kone (“Borussiya” M), Həbib Diarra (“Strasbur”) və Georgi Sudakov (“Şaxtyor”)  kimi futbolçular “Yuventus” maraq dairəsinə düşüb.

Qeyd edək ki, “Qoca Sinyora” A seriyasında 8 turdan sonra lider “Milan”dan dörd xal geri qalır.
 

writer photo
Əlirza Əlirzalı
0