“Neftçi” iştirak ərizəsini açıqladı – “Aris”lə oyun üçün
15.07.2022 - 12:29
“Neftçi” iştirak ərizəsini açıqladı – “Aris”lə oyun üçün

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, ərizədə 23 futbolçu yer alıb.

“Aris”lə ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Qapıçılar: 1.İvan Brkiç, 30.Aqil Məmmədov, 93.Rza Cəfərov.
Müdafiəçilər: 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 26.Ömər Buludov, 82.Rüfət Abbasov.
Yarımmüdafiəçilər: 5.Kenni Sayef, 7.Azər Əliyev, 8.Emin Mahmudov, 10.Sezar Meza Kolli, 14.Eddi İsrafilov, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 23.Ataa Caber, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli.
Hücumçu: 11.Qodsvey Donyo.

writer photo
Əlirza Əlirzalı
0