“Qarabağ”dan UEFA reytinqinə qazanc
01.12.2023 - 10:25
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
Apasport.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsindən sonra olub.
Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib. Azərbaycan hazırda 18,125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.
Qeyd edək ki, reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80,998) isə üçüncü pillədə yer alıb.
0
0