Raul Qarsiya rekordun astanasında
30.06.2023 - 22:49
Raul Qarsiya rekordun astanasında

Raul Qarsiya Madrid “Atletiko”su ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytı xəbər verir ki, razılaşma bir illik nəzərdə tutulub.

Qarsiya Madrid klubunda 9-cu mövsümünü keçirəcək. La Liqada 589 oyunda meydana çıxan hücumçu rekorda imza ata bilər. O, turnirdə 622 matç keçirən Andoni Subisarreta və Xoakinin nəticəsini yeniləmək arzusundadır. Bunun üçün Raul növbəti mövsümdə 33 dəfə meydana çıxmalıdır.

Qeyd edək ki, 2022/23 mövsümündə forvard La Liqanın 35 oyununda meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0