Modriç millidə qalır
20.09.2022 - 13:13
Modriç millidə qalır

“Real”ın futbolçusu Luka Modriç Xorvatiya millisindəki çıxışını davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, bunu yığmanın həkimi Zoran Baxtiyaroviç açıqlayıb.

O bildirib ki, 37 yaşlı yarımmüdafiəçi AVRO-2024-də də millidə çıxış edəcək: “30 il böyük müddətdir. Luka və digər yaşlı oyunçular yığmadan gedəndə millidən getməyi planlaşdırırdım. Modriç AVRO-2024-dək qalmağa qərar verdi. Bunu gözləmək çətindir. Məşqçi ilə danışmışam ki, Qətərdə qazanılacaq medalın birini mənim üçün saxlasın”.

Qeyd edək ki, 1992-ci ildən Xorvatiya yığmasının həkimi olan Baxtiyaroviç bundan sonra UEFA-nın tibbi şöbəsinin rəhbəri olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0