Millidən İLK - AVRO-2024
08.10.2022 - 16:13
Millidən İLK - AVRO-2024

Sabah AVRO-2024-ün püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, Frankfurtdakı tədbir Azərbaycan millisi üçün ilklə əlamətdar olacaq.

Yığmamız tarixində ilk dəfə qitə çempionatının püşkatmasına 4-cü səbətdən qatılacaq. Yarışda AVRO-1996-da debüt edən millimiz daim daha aşağılarda qərarlaşıb.

8-ci dəfə qitə çempionatına vəsiqə üçün mübarizə aparacaq yığma beş dəfə sonuncu səbətdə yer alıb. Son iki cəhdində sonuncudan əvvəlkilər sırasında olan bu dəfə iki səbətdən öndədir.

Qeyd edək ki, bəzən səbətlərin adları rəqəm deyil, hərflərlə göstərilib, bəzən isə 1-ci səbət də hissələrə ayrılıb.

turnir

səbət sayı

millinin səbəti

AVRO-1996

6

6

AVRO-2000

5

5

AVRO-2004

5

E

AVRO-2008

7

7

AVRO-2012

6

6

AVRO-2016

6

5

AVRO-2020

6

5

AVRO-2024

6

4

writer photo
Əlirza Əlirzalı
0