Millimizin Estoniyadakı səfər proqramı
11.10.2023 - 10:16
Millimizin Estoniyadakı səfər proqramı

Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq tədbirlərin vaxtı bəlli olub.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamızın Estoniya səfəri zamanı baş tutacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı dəqiqləşib. Millimizin baş məşqçisi Canni de Byazi və futbolçulardan birinin iştirak edəcəyi konfrans Bakı vaxtı ilə saat 19:00-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq isə 19:30-da baş tutacaq
 
Estoniya millisinin mətbuat konfransı 17:15-də, açıq məşqi 18:00-da start götürəcək. Hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionda təşkil olunacaq. 

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də baş tutacaq Estoniya – Azərbaycan matçı Tallin şəhərindəki “Le Kok Arena”da keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0