“Qalatasaray”dan FIFA-ya şikayət olundu
17.08.2022 - 10:51
“Qalatasaray”dan FIFA-ya şikayət olundu

“Qalatasaray”ın sabiq baş məşqçisi Domenek Torren FIFA-ya müraciət edib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Türkiyə klubundan şikayətçi olub.

Bu ilin yanvarında baş məşqçi postuna gətirilməsinə baxmayaraq, yayda istefaya göndərilən 60 yaşlı çalışdırıcı imic haqlarına zərər vurulduğunu bildirib və “cim-bom”dan təzminat tələb edib.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkilərindən sonra Domenek Torrenlə yollar ayrılıb, baş məşqçi postuna Okan Buruk gətirilib.

writer photo
Əlirza Əlirzalı
0