Hacı Əliyev: "Qalib gəlsəm, mənim üçün gözəl uğur olacaq"
27.10.2023 - 16:31
Hacı Əliyev: "Qalib gəlsəm, mənim üçün gözəl uğur olacaq"

“Karyeram ərzində ilk dəfə hərbiçilərin dünya çempionatında güləşəcəm”.

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləş millisinin lideri Hacı Əliyev mətbuat nümayəndələrinə açıqlamasında bildirib.

Üçqat dünya çempionu gələn ay Bakıda keçiriləcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının idmançılarımız üçün böyük fürsət olduğunu və uğurlu keçəcəyinə inandığını bildirib: “Qalib gəlsəm, mənim üçün gözəl uğur olacaq. Bu yarışda qalib ölkənin idmançıları kimi iştirak edəcəyik. Fikirləşirəm ki, həm sərbəst, həm də Yunan-Roma güləşi millimiz bu yarışda yaxşı nəticələr göstərəcəklər. Yaxşı hazırlıq keçmişik və uğurlu nəticələrə imza atarıq”.

Qeyd edək ki, hərbçilər arasında dünya çempionatı Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0