Sterlinq Anelka və Starricə çatdı
28.08.2022 - 00:21
Rahim Sterlinq “Çelsi”də qol hesabını açıb.
Apasport.az saytının məlumatına görə, London təmsilçisinin hücumçusu “Lester”lə oyunda fərqlənib.
Sterlinq “Liverpul”, “Mançester Siti” və “Çelsi”nin heyətində qol sevinci yaşayan 3-cü futbolçudur. Buna daha öncə Nikola Anelka və Daniel Starric nail olub.
Qeyd edək ki, 27 yaşlı futbolçu “Mançester Siti”dən 56,2 milyon avroya transfer olunub.
0
0