Marko Veşoviçdən “Qarabağ”a yekun CAVAB
02.01.2023 - 10:21
Marko Veşoviçdən “Qarabağ”a yekun CAVAB

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç narahatlığa son qoyub.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Monteneqro yığmasının da formasını geyinən cinah oyunçusu Azərbaycanı tərk etməməyə qərar verib.

2021-ci ildən ölkəmizdə legioner həyatı yaşayan balkanlı aldığı yeni təklifləri geri çevirib.

O, Xorvatiyadan “Dinamo” (Zaqreb) və Serbiyadan “Srvena Zvezda”nın dəvətinə “yox” cavab verməsi barədə klub rəsmilərini məlumatlandırıb.

“Köhlən atlar”ın sevimli ismi daha 2 il bu formanı geyinmək fikrinin qəti olduğunu söyləyib.
 

writer photo
Əlirza Əlirzalı
0