Messinin həsəd apardığı BOMBARDİR
28.08.2022 - 14:08
Messinin həsəd apardığı BOMBARDİR

Bir ildə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dünya rekordu Qodfrid Çitaluya məxsusdur.

Zambiyalı hücumçu bir təqvim ilində 109 qola sevinib. “Kabve Uorriors “un forvardı buna 1972-ci ildə nail olub.

XXI əsrin rekordçusu Lionel Messi ümumi siyahıda 2-cidir. Argentina millisində və “Barselona”da üst-üstə 91 qol vuran ulduz hücumçu bu uğurunu 2012-ci ildə rəsmiləşdirib.

“Top-3”də əfsanəvi Herd Müller də yer alıb. Almaniya millisinin və “Bavariya”nın sabiq hücumçusu 1972-ci ildə 85 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0