PSJ-nin futbolçusu “Everton”da
01.09.2022 - 10:02
PSJ-nin futbolçusu “Everton”da

PSJ-nin futbolçusu İdrissa Qeye karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Everton”a keçib.

O, yaxın müddətdə müqavilə imzalayacaq. Fransalı futbolçu əvvəllər də Liverpul təmsilçisində çıxış edəcək.

Qeye 2016-cı ilin yayında “Aston Villa”dan “Everton”a keçib. O, bu komandada 108 matçda 4 qol vurub.

Qeyd edək ki, İdrissa ötən mövsüm Liqa1-də 26 oyuna 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0