"İnter" uduzdu və liderlə xal fərqi 18 oldu
26.02.2023 - 18:15
"İnter" uduzdu və liderlə xal fərqi 18 oldu

"Napoli" A Seriyasında liderliyini möhkəmlədib.

Apasport.az xəbər verir ki, bu gün "İnter" çempionatın XXIV turunda səfərdə "Bolonya"ya uduzub – 0:1.

"İnter"in 47 xalı var. Dünən “Empoli”yə qalib gələn (2:0) İtaliya çempionatının lideri “Napoli” isə 65 xal toplayıb. Bununla da “İnter”in "Napoli" ilə xal fərqi 18-ə çatıb.

Qeyd edək ki, “Roma” və “Milan” müvafiq olaraq “Kremoneze” və “Atalanta”ya qalib gəlsələr, xal baxımından “İnter”ə çatacaq.

writer photo
Əlirza Əlirzalı
0