"Hatayspor"un futbolçusu məhkəmənin qərarından sonra qaçıb? - SƏBƏB
29.11.2022 - 20:11
"Hatayspor"un futbolçusu məhkəmənin qərarından sonra qaçıb? - SƏBƏB

Türkiyənin "Hatayspor" klubunun portuqaliyalı futbolçusu Ruben Ribeyro barədə qalmaqallı iddia ortaya atılıb.

Apasport.az saytı Portuqaliyanın "A Bola" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi həyat yoldaşına qarşı zorakılıq edib.

Məhkəmə təcrübəli oyunçunu ev dustaqlığına məhkum edib və elektron qolbaqla gəzmək cəzası kəsib.

Lakin cihazın quraşdırılması üçün futbolçunun evinə gedən rəsmilər onu tapmayıblar. İddiaya görə o, Türkiyəyə qaçıb.

Qeyd edək ki, Ruben Ribeyro 2020-ci ildə "Hatayspor"a keçib.

writer photo
Əlirza Əlirzalı
0