"Bavariya" "Arsenal"ın ulduzunu almaq istəyir
08.04.2024 - 14:56
"Bavariya" "Arsenal"ın ulduzunu almaq istəyir

"Arsenal"ın yarımmüdafiəçisi Martin Odeqard karyerasını başqa klubda davam etdirə bilər. 

Apasport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konurun sosial şəbəkələrdə məlumat yayıb. 

Onun sözlərinə görə, norveçli yarımmüdafiəçi eyni anda bir neçə nəhəngin maraq dairəsindədir. Skandinaviyalı futbolçu ilə PSJ, "Bavariya" və "Real Madrid" maraqlanır. 

“Transfermarkt” portalı futbolçunun dəyərini 95 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Martinin “Arsenal” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0