Levandovskinin qiyməti açıqlandı
25.12.2023 - 20:31
Levandovskinin qiyməti açıqlandı

"Barselona" Robert Levandovskini satmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, Kataloniya klubu maliyyə yükünü azaltmaq üçün belə bir addım ata bilər.

Klubdan verilən açıqlamaya görə "Barselona" mövsümün sonunda 20 milyon avro qarşılığında Polşa millisinin hücumçusunu satmağa hazırdır.

Hələlik 35 yaşlı forvardın keçidi ilə bağlı ispanlara hər hansı bir təklif gəlməyib.

Qeyd edək ki, 2022-ci ilin yayında "Bavariya"dan La Liqa klubuna keçən Levandovskinin komanda ilə razılaşması 2026-cı ilin yayında başa çatır. Polşa millisinin kapitanı bu mövsüm 21 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 
 

writer photo
Əlirza Əlirzalı
0