Alfonso Deyvis "Real Madrid"ə keçəcək
21.08.2024 - 13:56
Alfonso Deyvis "Real Madrid"ə keçəcək

Almaniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Alfonso Deyvisin bu mövsüm başa çatdıqdan sonra azad agent kimi "Real Madrid"ə keçməsinə razılıq verib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Mateo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 23 yaşlı futbolçunun hələ də "Kral Klubu"na keçmək niyyətində olduğunu və  2025-ci ilin yayında Madrid komandası ilə müqavilə bağlaya biləcəyini qeyd edib.

Qeyd edək ki, "Bavariya" bu yay transfer pəncərəsində Deyvisin satışından ən azı 50 milyon avro qazanmaq istəyirdi. Ötən mövsüm Alfonso Deyvis "Bavariya"nın heyətində Almaniya çempionatında 29 oyun keçirib, bu oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0