Poçettino ilə danışıqlar başladı
21.04.2023 - 12:33
Poçettino ilə danışıqlar başladı

“Çelsi” yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Maurisio Poçettinonun xidmətində maraqlıdır.

Argentinalı mütəxəssislə danışıqlara da start verilib. 51 yaşlı çalışdırıcı London təmsilçisinin siyahısındakı 5 namizəddən biridir. PSJ-dən ayrıldıqdan sonra işsiz olan Poçettino yenidən Premyer Liqada dönməyin əleyhinə deyil.

Qeyd edək ki, “Çelsi”ni mövsümün sonuna qədər müvəqqəti baş məşqçi Frenk Lempard çalışdıracaq.

writer photo
Əlirza Əlirzalı
0