“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi
28.10.2023 - 14:00
“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi

Avropanın top komandalarının növbəti reytinq cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, siyahıda “Köhnə qitə”nin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. “Qarabağ” 224 xalla 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən siyahıdakı mövqeyini qoruyub.

27 xala malik “Neftçi” isə bir pillə geriləyib. Adrian Mutunun yetirmələri Avropada 238-cidir.

“Sabah” bir pillə irəliləyib. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 265-cidir. 

“Qəbələ” 3 pillə geriləyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 380-cidir.

Qeyd edək ki, siyahıya 2205 xala malik “Real” başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0